Xəbərlər

Abunə haqlarının ödənişi ilə bağlı yenilik

19.01.2017

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır. .

“Aztelekom” MMC-yə Baş direktor təyin olundu

02.12.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Suat Paşayev “Aztelekom” MMC-nin Baş direktoru vəzifəsinə təyin edilib. .

“Aztelekom” “Bakutel-2016” sərgisində güzəştli kampaniyalar keçirəcək

28.11.2016

Azərbaycan Respublikasının ilk milli rabitə operatoru olan "Aztelekom" MMC "Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransına yeni xidmət və kampaniyaları ilə qatılacaq.

Fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə, internet, multimedia və digər telekommunikasiya xidmətləri göstərən "Aztelekom" MMC sərgi iştirakçıları arasında müxtəlif güzəştli kampaniyalar keçirəcək.

“Aztelekom.net” istifadəçilərinin sayı 200 000-ə çatıb

14.11.2016

"Aztelekom" MMC-yə məxsus  "Aztelekom.net" dövlət internet provayderinin istifadəçilərinin sayı  200 000-ə çatıb.   
Qusar rayon sakini Elmar Osmanov provayderin 200 000-ci istifadəçisi olub.
 
Provayderin şanslı istifadəçisinə hədiyyə olaraq  3 aylıq internet xidmətindən pulsuz istifadə sertifikatı və planşet  təqdim olunub.

Görülən 1 - 4 qədər, 1146 xəbərdən