Xəbərlər

“Aztelekom” MMC-də “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

20.09.2016

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə, sentyabr ayının 21-i bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir. Bu əlamətdar gün münasibətilə hökumətlər, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda da hər il “Beynəlxalq Sülh Günü” ərəfəsində 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” çərçivəsində müxtəlif tədbirlər təşkil olunur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən də “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib.

Rabitə xidmətlərinin keyfiyyətini müəyyən etmək üçün əhali arasında sorğu keçirilir

24.08.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə təqdim edilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında sorğu keçirir..

Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunacaq.

“Google” şirkəti öz video messencerini təqdim edib

16.08.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin  mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust  ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 5-də Gəncə şəhərində  Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Nazirin Gəncədə vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

02.08.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin  mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust  ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 5-də Gəncə şəhərində  Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Görülən 13 - 16 qədər, 1146 xəbərdən