Xəbərlər

İnternetin inkişafı nəticəsində 500 milyon insan yoxsulluqdan xilas olacaq

19.05.2016

“Strategy Analytics” şirkətinin hesabatına əsasən, internet 500 milyon insanın yoxsulluqdan xilas olmasına imkan yaradacaq. Onlar dünya iqtisadiyyatına 6.7 trilyon dollar məbləğində gəlir qazandıracaq.

Beynəlxalq Avtomat Telefon Stansiyasında baş verən texniki nasazlıq aradan qaldırılıb

17.05.2016

Bu gün günorta saatlarında “Aztelekom” MMC Beynəlxalq Stansiyasında   yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb. Belə ki, kanallarda yaranmış problem bu saatlarda abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması xətlərin yüklənməsinə səbəb olmuşdur.

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur.

Bu gün 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17.05.2016

Bu gün bütün dünyada 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir. Bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə sıx bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq informasiya cəmiyyəti günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilir.

Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı “Microsoft” “Windows” əməliyyat sistemini yenilədi

12.05.2016

Azərbaycanda yay vaxtına keçidin  ləğv edilməsi ilə bağlı "Microsoft" "Windows" əməliyyat sistemini yenilədi 
 
Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. 

Yay vaxtına keçidləğv olunması ilə əlaqədar kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlib.

Görülən 45 - 48 qədər, 1146 xəbərdən