Xəbərlər

“WhatsApp” mesajların şifrlənməsini gücləndirib

06.04.2016

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri göndərilən mesajların şifrlənməsini gücləndirib. “WhatsApp” mesajları şifrləyən zaman “Open Whisper Systems” proqram təminatından istifadə edir. Şirkət hələ 2014-cü ildən mətn mesajlarının şifrlənməsinə başlasa da, özündə foto və videofayllar saxlayan mesajlar, həmçinin qrup çatlarda göndərilən mesajlar .şifrlənməmişdi.

 

Nazir Mingəçevirdə vətəndaşlarla görüşəcək

04.04.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  7 aprel 2016-cı il tarixdə saat 10:00-da Mingəçevir şəhərində  Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarında və Mingəçevir şəhərində  yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apelyasiya Şurasının növbəti iclası keçirildi

31.03.2016

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Apelyasiya Şuralarının fəaliyyətinə həsr olunmuş ümumrespublika seminar-müşavirəsində səsləndirilən fikirlər, verilmiş tapşırıq və tövsiyələr bir daha Şura üzvlərinin diqqətinə çatdırılıb.

 

Azərbaycanın 135 ölkə arasında seçilən mobil proqramı Barak Obamanın iştirakı ilə ABŞ-da keçirilən “2016 GİST-İ” beynəlxalq müsabiqəsinin yarımfinalına çıxıb

31.03.2016

Azərbaycandan olan layihə ABŞ-da keçirilən "2016 GİST-İ" beynəlxalq müsabiqəsinin yarımfinalına çıxıb.
 
135 ölkə arasında keçirilən müsabiqədə ümumilikdə 1075 ərizə qəbul olunub. Azərbaycandan təqdim olunan "HealthBox" adlı innovativ layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilib.

Görülən 73 - 76 qədər, 1146 xəbərdən