Xəbərlər

Rabitə işçilərinin “Sağlamlıq-2016” respublika spartakiadası çərçivəsində voleybol yarışlarına yekun vurulub

12.10.2016

Azərbaycanda rabitənin yaradılmasının 135 illiyi münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə rabitə işçilərinin "Sağlamlıq-2016" respublika spartakiadası çərçivəsində 2 gün davam edən voleybol yarışlarına yekun vurulub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyinə həsr olunmuş müsabiqə elan edir

07.10.2016

Müsabiqə informasiya və telekommunikasiya texnologiyaları (İKT)  üzrə aşağıdakı nominasiyalar üzrə keçirilir:

-          İKT üzrə ən yaxşı kitab

-          İKT üzrə ən yaxşı elmi məqalə.

Nominasiyalar üzrə müsabiqəyə materialların qəbulu 10.10.2016-cı il tarixindən 10.11.2016-cı il tarixinə kimi aparılacaq. 

Materiallar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinə zərfdə təqdim olunur. Zərfin üzərinə “Müsabiqə üçün təqdim olunur” sözləri yazılmalıdır.

Rabitə xidmətlərinin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlandı

05.10.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edib. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunub.p>

“BakuTel-2016” sərgi-konfransı bu il 29 noyabr 2 dekabr tarixlərində keçiriləcək

04.10.2016

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə  keçirilən “BakuTel-2016” beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransı çərçivəsində sektor üzrə ən son yeniliklər təqdim olunacaq. Açılış mərasimi  29 noyabr tarixində Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi öz işini  dekabr ayının 2-dək davam etdirəcək. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sərgi-konfransın Tədbirlər Planı təsdiq olunub.

Görülən 9 - 12 qədər, 1146 xəbərdən