Xəbərlər

“585 - Daşınan şəhər telefon nömrəsi xidməti” ilə rayonlarla şəhərlər arasında limitsiz danışmaq mümkündür

18.02.2016
Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilər. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir.

Dünyada internet istifadəçilərinin sayı 3.2 milyard nəfər təşkil edir

18.02.2016

Dünya Bankının müasir informasiya texnologiyalarından istifadəyə dair yeni hesabatına əsasən, planet əhalisinin təxminən 1.1 milyardı internetə yüksəksürətli çıxış imkanına malikdir, “Ümumdünya Hörümçək Toru”nun istifadəçilərinin ümumi sayı isə 3.2 milyard nəfər təşkil edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apellyasiya Şurasının ilk iclası keçirildi

17.02.2016

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Alimlər insan sümükləri və əzələlərinin çapı üçün “3D” printer yaradıblar

16.02.2016
“Nature Biotechnology” jurnalında dərc edilmiş məqalədə deyilir ki, amerikalı biomühəndislər gövdə hüceyrələri və xüsusi polimer şablonların köməyi ilə insan bədəninin ayrı-ayrı sümüklərinin, əl, qulaq və qığırdaqların sürətinin tam çap edilməsinə imkan verən qeyri-adi üçölçülü bioprinter yaradaraq onu uğurla sınaqdan keçiriblər.

Görülən 93 - 96 qədər, 1146 xəbərdən