Xəbərlər

Məlumatların ötürülməsi üzrə rekord sürət qeydə alınıb

12.02.2016

London Universitet Kollecində çalışan alimlər qrupu 1 ədəd ötürücü və 1 ədəd qəbuledici qurğular arasında informasiyanın ötürülməsi üzrə rekord sürətə nail olublar. Məlumatların optik ötürülmə sürəti saniyədə 1.125 Tbit təşkil edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə treninq keçirib

10.02.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilati dəstəyi ilə Beynəlxalq “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə treninq keçirilib.

Tədbir “Yaxşı İnternet üçün öz töhfəni ver” şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi” mövzusuna həsr olunub.

Lütfi Zadənin 95 yaşı tamam olur

04.02.2016

Bu gün hər bir gənc alim üçün böyük örnək olan, dünyada tanınan və  Azərbaycanda sevilən görkəmli azərbaycanlı alim Lütfi Zadənin 95 yaşı tamam olur.
 
Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına xidmət edir. Bütün dünyada, xüsusilə vətənində - Azərbaycanda  L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir.

Rabitə və yüksək texnologiyalar naziri Lənkəranda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

03.02.2016

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Fevralın 3-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinllərini qəbul edib.

Görülən 97 - 100 qədər, 1146 xəbərdən